Giorgi Qaxariya - heçkimə imkan verməyəcəyik ki, dezinformasiya və təxribatla seçkilərin diskreditasiyası baş versin
Heçkimə imkan verməyəcəyik ki, dezinformasiya və təxribatla seçkilərin diskreditasiyası baş versin, – bu barədə Dİ naziri, Giorgi Qaxariya bu gün Zuqdididə baş verən insidentlə bağlı bəyan etdi.
“Sözsüz ki, hər bir hadisə təfərrüatlı araşdırılacaqdır və bizim üçün fərqi yoxdur, cinayətkar hansı tərəf olacaq. Öncəki seçkilərdə bütün lazımi addımlar atıldı ki, bu da beynəlxalq təşkilatlar tərəfindən dəyərləndirildi. İndi də bu cür olacaq.
Müxalifətə, eləcə də komanda üzvlərimə söz verdiyimi həmişə yerinə yetirmişəm. Bir daha təkrar edirəm, konkret faktları deyin və söhbət edək. Heçkimə imkan verməyəcəyik ki, dezinformasiya və təxribatla seçkilərin diskreditasiyası baş versin. Buna görə, hamını dinc və sakit mühitdə seçkilərin keçirilməsinə çağırıram”, – Dİ naziri bəyan etdi.
Giorgi Qaxariyanın dediyinə görə, polis maksimal olaraq vətəndaşların öz fikirlərini ifadə etməsi azadlığını təmin edəcək.