Giorgi Qaxariya - hamımız dayanmalıyıq, sakitləşməliyik, sonra müəyyənləşdirməıiyik harada səhv etdik və kim səhv etdi
Daşların atlması çıxış yolu deyil, – bu barədə Daxili İşlər naziri Giorgi Qaxariya Pankisidə, aksiya iştirakçıları ilə görüşdən sonra bəyan etdi.
Qaxariyanın qeyd etdiyinə görə, indi önəmlidir ki, hamı sakitləşsin, yalan-doğru isə, sonra müəyyənləşdiriləcək.
SES-in tikintisinə gəldikdə, onun dediyinə, inşaatçılar yerlilərlə söhbəti davam etdirəcəklər.
Elə onun qeyd etdiyinə görə, tikinti, əhalinin 90 faizinin dəstəklədiyi təqdirdə davam etdiriləcəkdir.
Daxili İşlər naziri, Giorgi Qaxariya Pankisi dərəsində aksiya iştirakçıları ilə, bağlı qapılar arxasında görüşdü. Yerli sakinlərin birinin evində görüşdə, Maya Tskitişvili və Levan Davitaşvili iştirak edirdilər.
Buna qədər Daxili İşlər naziri, Giorgi Qaxariya durum ilə hadisə yerində tanış oldu. Dİ nazirin dediyinə görə, xüsusi təyinatlı dəstə üzvlərinin cavab reaksiyası, əhali tərəfindən daşların atılmasından sonra baş verdi. Nazirin dediyinə görə, bu yolverilməzdir və reaksiya sərt olacaq.
Qarşıdurma nəticəsində bir neçə insan xəsarət aldı.