Giorgi Qaxariya - gücdən istifadənin proposionallığı hissəsinə cavab verilmənədək, mən buradayam və hər bir polis işçisini müdafiə edəcəm
Polis bu ağır gecədə legitim hüquqdan istifadə etdi, proporsionallıq hissəsində müəyyən sual işarələri var və bunlar təfərrüatlı araşdırılmalıdır, – bu barədə Daxili İşlər naziri, Giorgi Qaxariya jurnalistlərlə görüşdə bəyan etdi.
Bununla yanaşı, Dİ naziri qeyd etdi ki, polis işçiləri tərəfindən həyata keçirilən tədbirlərə elə özü məsuliyyət daşıyır.
“Tədbirlərə mənəm cavabdeh. Bu məsuliyyəti tamamilə üzərimə götürürəm. Polis bu ağır gecədə legitim hüquqdan istifadə etdi, proporsionallıq hissəsində müəyyən sual işarələri var və bunlar təfərrüatlı araşdırılmalıdır”, – Qaxariya bəyan etdi.