Giorgi Qaxariya Brüsseldən sonra görüşlərini Amerika Birləşmiş Ştatlarında keçirəcək
Giorgi Qaxariya Brüsseldən sonra görüşlərini Amerika Birləşmiş Ştatlarında keçirəcək

“Gürcüstan üçün” partiyasının sədri, Giorgi Qaxariya Brüsseldən sonra işçi görüşlərini Amerika Birləşmiş Ştatlarında keçirəcək.

Giorgi Qaxariyanın, partiyanın siyasi şurasının üzvü Kaxavebr Kemoklidzenin və Giorgi Qaxariyanın siyasi məsləhətçisi Levan Dolidzenin Amerika Birləşmiş Ştatlarında Dövlət Departamenti, müxtəlif beynəlxalq təşkilatlar, ekspert, akademik və siyasi dairələrin nümayəndələri ilə görüşləri olacaq.