Giorgi Qaxariya Brüddeldə rəsmi səfər çərçivəsində Avropa Komissiyasında, Avropa Şurasında və NATO-da yüksək səviyyəli görüş keçirəcək
Gürcüstanın baş naziri, 29-30 sentyabrda Brüsselə rəsmi səfər edəcək. Hökumət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, hökumət başçısı vəzifəsində Brüsselə ilk rəsmi səfər çərçivəsində Giorgi Qaxariya Avropa Komissiyasında, Avropa Şurasında və NATO-da yüksək səviyyəli görüşlər keçirəcək.
Elə onların məlumatına görə, 29 sentyabrda baş nazir NATO-nun baş katibi, Yens Stoltenberq ilə görüşəcək, bundan sonra tərəflər birgə mətbuat konfransı keçirəcəklər.
“İki günlük səfər çərçivəsində Avropa Şurasının prezidenti Şarl Mişel, Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Sxinas, Avropa Parlamentinin prezidenti David-Mariya Sasoli, Avropa İttifaqının ali nümayəndəsi Cozef Borel ilə görüşlər planlaşdırılıb. Gürcüstan nümayəndə heyətinin tərkibinə Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani və hökumət administrasiyasının rəhbəri, Natiya Mezvrişvili daxildilər”, – məlumatda deyilir.