Giorgi Qaxariya ABŞ-da Karl Gerşman və Miriam Lanskoy ilə görüşdü
Giorgi Qaxariya ABŞ-da Karl Gerşman və Miriam Lanskoy ilə görüşdü

“Gürcüstan üçün” partiyasının sədri, Giorgi Qaxariya “National Endowment for Democracy”-nin prezidenti, Karl Gerşman və Rusiya və Avrasiya direktoru, Miriam Lanskoy ilə görüşdü.

“Gürcüstan üçün” partiyasının mətbuat xidmətinin məlumatına görə, görüşdə Gürcüstanda demokratiya və insan hüquqlarının müdafiəsi istiqamətilə mövcud çağırışları müzakirə etdilər. Söhbət həmçinin, məhkəmə sistemində mövcud çağırışlara aid oldu.

Elə onların məlumatına görə, Giorgi Qaxariya Karl Gerşman və Miriam Lanskoy ilə Gürcüstanda plamnlaşdırılmış yerli seçkilərini müzakirə etdi. Həmçinin, “Gürcüstan üçün” partiyasının demokratizasiya prosesinin möhkəmləndirilməsi, güclü dövlət institutlarının quruculuğu, korrupsiyaya qarşı mübarizə, məhkəmə sisteminin müstəqilliyi və insan hüquqlarının praktiki müdafiəsinin təmin olunması üçün planlaşdırılmlş innovasiyaları barəsində baxışlarını tanış etdi.