Giorgi Qaxaria - Fermerlərimizin satılmamış bir qram məhsulu qalmamlıdır
Giorgi Qaxaria - Fermerlərimizin satılmamış bir qram məhsulu qalmamlıdır

Almanın satılmasının qeyri-standart 10 tetrilik subsidiyalar haqqında qərar verdik, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bu günki hökümət iclasında verdi.

Onun dediyinə görə, fermerlər üçün almanın satış qiyməti 22 tetri olacaq.

İqtisadi krizis müddətində, müxtəlif sahələrə sektor olaraq, yardım edirik və xüsusi diqqəti kənd təsərrüfatına yetiririk. Məqsədimiz odur ki, fermerlərin satılmamış bir qram məhsulu qalmasın.

Bu il beynəlxalq bazarda almanın qiymətin xeyli düşdü, ona görə də, Kənd Təsərrüfatı Nazirliyinin rekomendasiyası ilə, 10 tetrilik, qeyri-standart subsidiyalarının həyata keçirilməsi üçün qərar verdik” – dedi baş nazir.

“Almanın realizasiyası üçün yaradılan qərargaha qoşulan şirkətlər 10 tetrilik əlavə subsidiyalar alacaqlar.

Bu proqram 2020-ci ilin dekabr ayına qədər davam edəcək” – dedi Giorgi Qaxaria.