Qiorqi Mumladze sabahdan etibarən prezident sarayının yaxınlığında daimi aksiyaların başlayacağını açıqlayıb
Qiorqi Mumladze sabahdan etibarən prezident sarayının yaxınlığında daimi aksiyaların başlayacağını açıqlayıb

 
“Milli Hərəkat”ın sədrliyinə namizəd Qiorqi Mumladze məhkəmənin Mixeil Saakaşvilinin prosesini məqsədyönlü şəkildə gecikdirdiyini və bu səbəbdən sabahdan etibarən prezident sarayının yanında daimi aksiyaların başlayacağını bildirir. Mumladze bu barədə prezident sarayının yaxınlığında Facebook Live-da açıqlayıb.

O, Salome Zurabişvilinin öz imzası ilə bir neçə dəqiqəyə Mixeil Saakaşvilini azad etmək imkanının olduğunu bildirib.

“Biz artıq sabahdan etibarən bu lokasiyada daimi aksiyalara başlamağa məcburuq. Düzdür, Yeni il üçün bura bəzədilib, lakin açığını deyim ölkənin üçüncü prezidenti həbsxanada öldürülərkən, Gürcüstanın demokratik gələcəyi məhv edilərkən, övladlarımızın rus bataqlığında yaşama ehtimalı varkən biz Yeni il əhval-ruhiyyəsində deyilik. “Gürcü Arzusu”nun üzvlərinin övladları xaricdə yaşayarkən və mülk, təhsil və təhlükəsizliyi də təminat altında olarkən, bizim övladlarımız bu bataqlıqda yaşamamalıdır. Övladlarımız Avropa İttifaqının üzvü olacaq demokratik Gürcüstanda yaşamalıdırlar. Əgər övladlarımızın Avropa İttifaqının üzvü olan Gürcüstanda yaşamasını istəyiriksə, o zaman sabahdan bu prosesə qoşulacağıq və birlikdə hakimiyyəti və ilk növbədə, Salome Zurabişvilini ölkənin üçüncü prezidentini öldürməməyə məcbur edəcəyik. Hazırda heç nə etməmək heç vaxt olmadığı kimi ən böyük cinayətdir. Yeni il gəlir və mən 1993-cü ilin dekabrın 31-də Zviad Qamsaxurdia ilə bağlı baş verənlərin təkrarlanmasını istəmirəm. Rus xüsusi xidmət orqanları o vaxt bizim birinci prezidentimizi öldürdülər, indi isə 30 ildən sonra ikinci prezidenti də praktiki olaraq öldürürlər ki, bu da bu ölkə üçün fəlakət olacaq. Bu, elə bir bataqlıq olacaq ki, biz oradan heç vaxt çıxa bilməyəcəyik”-deyə Mumladze açıqlayıb.

O, sabah səhər saat 11:00-da planı ətraflı müzakirə edəcəklərini, saat 18:00-dan etibarən isə fasiləsiz nümayişlərə başlayacaqlarını bildirib.