Giorgi Marqvelaşvili rəsmi səfərlə Polşaya gedir
Giorgi Marqvelaşvili rəsmi səfərlə Polşaya gedir

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili rəsmi səfərlə Polşa respublikasına gedir.

Səfər noyabrın 7-dən, 9-na qədər davam edəcək.

Prezident administrasiyasının məlumatına görə, Giorgi Marqvelaşvilinin qarşılanma mərasimi Polşanın prezident sarayında keçiriləcək. Daha sonra isə, Gürcüstan prezidentinin və Anjey Dudanın görüşü keçiriləcək.

Görüşlərdən sonra, prezidentlər xarici və gürcü medyası üçün bəyanatlar verəcəklər.

 

Noyabrın 9-da Giorgi Marqvevalişvili Varşavanın təhlükəsizlik forumunda iştirak edəcək.

Gürcüstanın nümayəndə heyyətinin tərkibinə Gürcüstan prezidentinin administrasiyasını rəhbəri Giorgi Abaşişvili, Milli Təhlükəsizlik Şurasının katibi Davit Rakviaşvili, Xarici İşlər Nazirinin müavini, Vaxtanq Maxaroblişvili, Prezidentin beynəlxalq katibi Tenqiz Pxaladze, siyasi katibi Pikria Çixradze, prezident müşaviri Kaxa Kojoridze və Gürcüstanın Polşadaki səfiri İlia Darçiaşvili daxildirlər.