Gürcüstan Prezidenti Nyu-Yorkda baş verən teror aktı ilə bağlı, ABŞ iqtidarına və xalqına dəstək olduğunu bildirir.
“Nyu-Yorkda baş verən və günahsız insanların həlak olmalarına sabəb olan teror hücümu ilə bağlı dərin üzüntümü bildirmək istəyirəm. Gürcüstan, terorizmin hər formasını qınayır və dünyanın ən böyük təhlükəsi olan terorizmlə mübarizədə dünya ictimaiyyətinin yanında durur.
Bu ağır anlarda gürcü xalqı və öz adımla, Amerika iqtidarına və amerikan xalqına dəstək olduğumuzu bildirmək istəyirəm” – deyilir prezidentin bəyanatında. .
Xatırladaq ki, Manhettendə velosiped yoluna mini-avtobusun girməsi nəticəsində 8 nəfər öldü, 11-isə, ağır yaralandı.