Giorgi Marqvelaşvili və Aleksis Siprasın görüşündə işğal altında olan Abxaziyadaki yunan mədəni irsinin vəziyyəti haqqında danışıldı
Giorgi Marqvelaşvili və Aleksis Siprasın görüşündə işğal altında olan Abxaziyadaki yunan mədəni irsinin vəziyyəti haqqında danışıldı

Yunanistana rəsmi səfəri çərçivəsində Gürcüstan prezidenti Yunanistanın baş naziri Aleksis Sipras ilə danışıqlar apardı.

Bu barədə məlumatı prezident administrasiysı yayır.

Görüş zamanı qeyd edildi ki, Gürcüstan və Yunanistanın əməkdaşlığı əsrlər ərzində Avropanın inkişafına xidmət edirdi və bu iki ölkə arasındaki gələcək münasibətlər də bu ənənəyə müvafiq şəkildə davam etməlidir.

Gürcüstan prezidenti və Yunanistanın baş naziri qeyd etdilər ki, Avropadaki münaqişələrin tənzimlınməsi və Qara Dəniz regionunda sabitliyin qorunması üçün birgə səylərlə çalışmaq önəmidir.