Giorgi Marqvelaşvili İsveçrə Prezidentini qarşıladı
Giorgi Marqvelaşvili İsveçrə Prezidentini qarşıladı

Gürcüstan prezidentinin sarayında İsveçrə Konfederasiyası prezidentinin rəsmi qarşılanma mərasimi keçirildi.

Mərasimdə Gürcüstanın vitse-premyeri, İqtisadi İnkişaf naziri Dimitri Kumsişvili, Gürcüstan prezident administrasiyasının rəhbəri Giorgi Abaşişvili, Xarici İşlər Nazirinin müavini Maxaroblişvili, prezidentin beynəlxalq katibi Tenqiz Pxaladze, Gürcüstanın İsveçrədəki səfiri David Calağonia, parlament katibi Anna Dolidze və Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru Nino Barataşvili iştirak etdilər.

Üz-bə-üz görüşdən sonra, prezidentlər nümayəndə heyyətləri ilə birlikdə genişləndirmiş formatda görüş keçirəcəklər.

Tbilisiyə rəsmi səfər çərçivəsində İsveçrə prezidenti, Gürcüstanın baş naziri və parlamentin sədri ilə görüş keçirəcək.

İsveçrə Konfederasiyasınnı prezidenti Doris Loithard Gürcüstana dünən gəldi.