Giorgi Marqvelaşvili - İnanırıq ki, Avropa İttifaqının və NATO-nun üzvü olmağa layiqik
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Brüssel forumu çərçivəsində Avroatlantik inteqrasiya prosesinin yeniləşdirilməsi mövzusunda keçirilən diskussiyalarda iştirak etdi.
Diskussiya zamanı prezident bəyan etdi ki, avro-atlantik inteqrasiya prosesinə Gürcüstan Sovet İttifaqının dağımasından dərhal sonra qoşuldu, ancaq gürcü xalqının Avropalı olmaq seçimi çox daha öncədən edilmişdi və Gürcüstan NATO-nun üzvü olmağa layiqdir.
Prezident qeyd etdi ki, Gürcüstan, Ukrayna və Moldova ilə bağlı avro-inteqrasiya proseslərinin tezləşdirilməsi mütləqdir.