Giorgi Marqvelaşvili - Bugün görürük ki, Gürcüstanda narkosiyasət bir çox insanı bədbəxt edir
“Əgər sənin apardığın siyasət daha yaxşı nəticə göstərmirsə, əgər qoyduğun qadağanlar və məhdudiyyətlər nəticə vermirsə, demək ki, bu qadağanları aradan qaldırmalısan ki, insanlar öz talehlərini özləri seçsinlər, – bu barədə bəyanatı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili narkosiyasət üzrə çalışan qeyri-hökümət təşkilatları ilə görüş zamanı verdi.
Görüşün əsas mövzusu, parlament tərəfindən hazırlanmaqda olan, narkosiyasət islahatları qanunlayihəsini idi.
“Bu mövzu ilə bağlı məsələlər üzrə illərdir çalışan bir qrup ilə söhbət etdim. Cəmiyyət üçün əhəmiyyətli olan odur ki, zorakılıq qanunu deyil, daha adekvat narkosiyasət formalaşdırılsın.
Biz görürük ki, Gürcüstanda qüvvədə olan narkosiyasət, statistik göstəricilərə əsasən, insanları bədbəxt edir və hüquqmühafizəçiləri də çox çətin seçim qarşısında qoyur.
Biz professional şəkildə çalışan bir qrup görürük, hansı ki, daha humanist narkosiyasət təklif edir. Bu qrup bizim deputatlarımızla çalışır və loyal qanunvericilik yaratmağa çalışırlar.
Sevinirəm ki, cəmiyyətimiz bu mövzuyu müzakirə edir və köhnə stereotiplərdən azad oluruq” – dedi prezident.