Giorgi Marqvelaşvili - Beynəlxalq missiyalarda qlobal sülhə xidmət edən gürcü əsgəri işğal altında olan Sxinvalidə öldürüldü
Beynəlxalq missiyalarda qlobal sülhə xidmət edən gürcü əsgəri işğal altında olan Sxinvaliyə qaçırdılıb, öldürüldü, – bu bəyanatı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Danimarka Krallığının Xarici İşlər Naziri Anders Samuelson ilə görüş zamanı verdi.
“Görüşü çox üzüntülü bir xəbərlə başlamaq istəyirəm, bizim əsgərimiz, hansı ki, illər ərzində qlobal təhlükəsizliyin qorunmasına xidmət edirdi, bir neçə saat bundan öncə işğal edilmiş ərazidə öldürüldü.
Sizin bu ağır gündə burada olduğunuza sevinirəm və Gürcüstanın Avrointeqrasiyasına dəstək verdiyiniz üçün təşəkkür edirəm” – dedi prezident.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, Rusiyanın işğalçı rejiminin nümayəndələri Gürcüstan vətəndaşı olan Arçil Tatunaşviliyi həbs etdilər. Həbs edilən şəxs bugün Sxinvali xəstəxanasında həyatını itirdi.