Giorgi Marqvelaşvili ABŞ Konqresində görüşlər keçirir
Giorgi Marqvelaşvili ABŞ Konqresində görüşlər keçirir

Arçil Tatunaşvili Gürcüstan vətəndaşıdır və beynəlxalq missiyalarda iştirak edərək, beynəlxalq təhlükəsizliyi qoruyurdu və o bir neçə həftə öncə işğal altında olan Sxinvalidə öldü. Bu fakt təhlükəli bir siqnaldır və göstərir ki, Rusiya regionda destabilizasiya yaradır, – bu bəyanatı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ABŞ konqresinin spikeri Pol Raianla, Konqres əksəriyyətinin lideri, Konqresmen Kevin Makkarti və Konqresmen Ted Postla görüş zamanı verdi.

Giorgi Marqvelaşvilinin bəyanatına görə, Rusiya tərəfindən Gürcüstanın işğalı və Gürcüstan ərazilərinin müstəqil bir dövlətlər kimi təqdim etməsi tarixi anomaliya və ədalətsizlikdir.

Gürcüstan müstəqil olmaq qərarı ücün cəzalandırıldı. Bu cəza da işğal formasını daşıyır.

Marqvelaşvili bəyan etdi ki, gürcü xalqı öz milli identliyinə xəyanət etməyəcək.

Gürcüstan prezidentinin administrasiyasının məlumatına görə, konqresmenlər Giorgi Marqvelaşvili ilə, Gürcüstanın NATO-ya inteqrasiya məsələsini müzakirə etdilər və növbəti sammit haqqında söhbət etdilər.

Prezident administrasiyasının məlumatına görə, Giorgi Marqvelaşvilinin ABŞ-a səfərinin əsas məqsədi Gürcüstanın Təhlükəsizliyü üçün ABŞ-ın verdiyi dəstəyin daha da gücləndirilməsidir.

Gürcüstan prezidentinin Vaşinqtona səfəri martın 16-da başa çatacaq.