Giorgi Marqvelaşvili - 2012-ci ildəki dəyişiklikləri yaradan insanlar Gürcüstan parlamentində artıq yoxdur
Gürcüstan parlamentində 2012-ci ilin dəyişikliklərini yaradan insanlar artıq yoxdur, ancaq gürcü ictimaiyyətinin hələ də o illərdə əldə edilən nailliyətlər yadında qalıb – bu barədə bəyanatı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili parlament qarşısında beşinci hesabatını təqdim edərkən verdi.
“Bu mənim parlamentdəki beşinci və son çıxışımdır və bərabər göstərdiyimiz fəaliyyəti cəmiləşdirərkən, 2012-ci ildə baş verən dəyişikliklərə toxunmadan bu proses tam olmayacaq.
O zaman hakimiyyətin sülh və qanuni yolla dəyişdirilməsinə nail olduq. Mən 2013-cü ili yada salıram, o vaxt dəstəmizdə birlik var idi, ona görə də, o zaman həyata keçirilən islahatların, David Sergeenkonun fəaliyyətinin, David Kirvalidzenin fəaliyyətinin və mənim təhsil sahəsində attığım addımların daha səmərəli nəticələri var idi. Deyə bilərəm ki, ondan sonra, təhsil sistemində ciddi heçnə edilməyib.
Digər sahələrdə də belə oldu.
Mən “Gürcü Arzusu”-nun prezidentliyə namizədi olmağa da razı oldum, çünki düşünürdüm ki, etdiyimiz işlərlə həqiqətən də hər bir vətəndaşın həyat şəraitlərini yaxşılaşdırırdıq – dedi Gürcüstan prezidenti.