Giorgi Lobjanidze hesab edir ki, yanlış tərcümənin yayılması ilə yanaşı, Tbilisidə İranlı müğənnilərin konserti ilə bağlı müəyyən suallar yaranır
Şərqşünas Giorgi Lobjanidze sosiyal şəbəkədə yazır ki, əhali təərfindən mənfi reaksiyaya səbəb olan, İranlı müğənninin sözləri yanlış tərcümə edilib.
“Bu axmaq Amir Tatlunun videosu ilə bağlı inboksuma çoxlu mesajlar gəlir. Maraqlıdır, sosiyal şəbəkədə yayılan videonun titrlrərindəki mətni kim tərcümə edib? Kim iran dilini və jarqonlarını elə yaxşı bilir ki, “mən siqaret çəksəm nə olacaq ki”, sözlərini, “mən çəksəm, kim məni şey elləyə bilər deyə tərcümə edib?” – yazır Giorgi Lobjanidze.
Bununla yanaşı, Lobjanidze yazır ki, yanlış tərcümə ilə bərabər, İranlı müğənnilərin Gürcüstandaki konserti yenə müəyyən suallar yaradır.
“Mən kimsəyi müdafiyə etmirəm, xüsusilə də nə dediyini bilməyən narkoman müğənniyi, ancaq yenədə bir neçə sualım yarandı: İranlı müğənnilərin Gürcüstandaki konsertlərini kim təşkil edir? Onlar buraya hansı şərtlərlə və qanunlara əsasən gəlirlər? Və ən əsası da odur ki, kim İran-Gürcüstan qonşuluq münasibətlərinə xələl gətirib, iki ölkə arasında gərginlik yaratmağa çalışır?
Normal bir hökmətdə, sivil şəkildə həll ediləcək bir problemlə bağlı niyə belə isterika yarandı? Bu məsələ daha sakit bir ortamda həll oluna bilərdi, ancaq “peşələri” “vətənpəvər” olanların nifrəti və isterikası ilə deyil” – deyir Giorgi Lobjanidze.
Xatırladaq ki, sosiyal şəbəkədə Filarmoniyada keçirilən konsertin videosu yayıldı, hansında İranlı müğənni Gürcüstanı və gürcüləri güya təhqir edir.