Giorgi Kvirkaşvili və Şeyx Nahyan Gürcüstanda Birləşmiş Ərəb Emirlikləri səfirliyinin açılması məsələsini müzakirə etdilər
Birləşmiş Ərəb Emirliklərinin Tolerantlıq məsələləri üzrə dövlət naziri Şeyx Nahyan Bin Mubarak Al Nahyan Gürcüstandaki investisiyaların sayını ikiqat artırmağı düşünür.
Bu barədə məlumatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili verdi.
Şeyx Gürcüstanın biznesdəki yüksək reytinqlərini gözdən keçirdi və buradaki investisiya mühitini müsbət dəyərləndirdi.
Tərəflər həmçinin Gürcüstanda Birləşmiş Ərəb Emirlikləri səfirliyinin açılması məsələsini müzakirə etdilər.