Gürcüstanın nümayəndə heyyəti, baş nazir Giorgi Kvirikaşvilinin rəhbərliyi ilə bir günlük rəsmi səfərlə Ermənistan Respublikasına getdi.
Gürcüstanın baş nazirini qarşılamaq üçün Erevanın Beynəlxalq Hava limanında rəsmi qarşılama mərasimi keçirildi. Mərasim zamanı iki ölkənin himnləri səsləndi.
Hava limanında Giorgi Kvirikaşviliyi erməni həmkarı Karen Karapetyan qarşıladı.
Səfər çərçivəsində baş nazir Giorgi Kvirikaşvili Ermənistan prezidenti serj Sarqsiyanla üz-bə-üz görüş keçirəcək.
Gürcü nümayəndə heyyətinə – İqtisadiyyat Naziri Dimitri Kumsişvili, Xarici İşlər Naziri Mixeil Canelidze, Müdafiyə Naziri Levan İzoria, Maliyyə Naziri Mamuka Baxtadze, baş nazirin xarici əlaqələr üzrə müşaviri Tedo Caparidze, Milli turizm Agentliyinin rəhbəri Giorgi Çoqovadze, parlament sədrinin müavini və Ermənistan respublikasl parlamenti ilə dostluq qrupunun rəhbəri Gia Volski daxildirlər.