Giorgi Kvirikaşvili vizaliberalizasiya ilə bağlı çağırışları müzakirə etmək üçün fövqəladə iclas çağırdı
Giorgi Kvirikaşvili vizaliberalizasiya ilə bağlı çağırışları müzakirə etmək üçün fövqəladə iclas çağırdı

Gürcüstan iqtidarı vizaliberalizasiya ilə bağlı çağırışlarla baş gəlmək məqsədi ilə, müəyyən tədbirlərin sərtləşdirilməsini planlaşdırılır.

Bu mövzu ilə bağlı baş nazir Giorgi Kvirikaşvili fövqəladə iclas çağırdı, hansında ki, nazirlər kabinetinin bütün üzvləri iştirak edirdilər. 

İclasda, yaxın zamanda, Avropa İttifaqı ölkələrindən sığınacaq istəyənlərin sayının artmaması və bunun vizaliberalizasiya üçün problem yaratmaması ilə bağlı qoyulması planlaşdırılan addımlar müzakirə olundu.

Söhbət müəyyən qanunvericilik təşəbbüsündən gedir və həmçinin, bütün ölkə miqyasında fəal informasiya kampaniyası keçiriləcək, hansı ki, əhaliyə şengen zonasına vizasız gediş-gəliş qaydalarının pozulmasının nəticələri haqqında məlumat verəcək.