Giorgi Kvirikaşvili və İrakli Kobaxidze Parlamentdə yerli özünüidarəetmələrin desentralizasiya strategiyasını təqdim edəcəklər
Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze və Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili yerli özünün idarəetmə orqanlarının desentralizasiya strategiyasını təqdim edəcəklər.
Yeni konsepsiyanın təqdimatı 2018-ci ilin martın 5-də Gürcüstan parlamentində keçiriləcək.
Tədbir iştirakçılarına Tbilisinin meri və yerli özünüidarəetmə asosiyasiyalarının prezidenti Kaxa Kaladze, BMT inkişaf proqramının Gürcüstandaki səfiri Nils Skot, Avstriyanın Gürcüstandaki səfiri Arad Benko və İsveçrənin Gürcüstandaki səfiri Lukas Berlinger müraciət edəcəklər.
Təqdimatdan sonra milli strategiyayı Gürcüstan parlamenti təsdiqləyəcək.
Tədbir BMT inkişaf proqramı və Avstriya və İsveçrənin dəstəyi ilə həyata keçirilir.