Giorgi Kvirikaşvili - Vaxt keçdikcə, Arçil Tatunaşvilinin nə qədər böyük bir qəhraman olduğunu hərkəs dərk edəcək
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bugünki hökümət iclasını Arçil Tatunaşvili haqqında danışaraq başladı.
Giorgi Kvrikaşvilini dediyinə görə, vaxt keçdikcə insanlar Arçil Tatunaşvilinin nə qədər böyük bir qəhraman olduğunu daha yaxşı dərk edəcəklər.
“İki gün bundan öncə, qənc qəhramanımızı torpağa verdik. Arçil Tatunaşviliyiə şərəf ordeni öləndən sonra verildi, çünki düşman onun şərəfini tapdalaya bilmədi. Düşünürəm ki, vaxt keçdikcə, insanlar onun nə qədər böyük bir qəhraman olduğunu anlayacaqlar” – dedi Giorgi Kvirikaşvili.
Kvirikaşvilinin dediyinə görə, gürcü əsgərini, gürcü-osetin barışmasına mane olan insanlar öldürdülər.
“Bugün bunu dərk etmək nə qədər ağır olsa da, biz barış siyasətinə davam etməliyik və Gürcüstan dövləti barış siyasətinə davam edəcək” – dedi Kvirikaşvili.
Giorgi Kvirikaşvili hökümət iclasında Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşviliyə müraciət etdi ki, dövlət naziri aparatının hazırladığı paketin müzakirəsi təxirə salınmasın.