Giorgi Kvirikaşvili Ukraynalı həmkarı ilə görüşəcək
Giorgi Kvirikaşvili Ukraynalı həmkarı ilə görüşəcək

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bugün Ukraynalı həmkarı Vladimir Qroisman ilə görüşəcək.

Gürcüstanln iqtidar administrasiyasındaki iki tərəfli görüşdən sonra, hər iki ölkənin iqtidar nümayəndələrinin iştirakı ilə genişləndirilimiş formatda görüş keçiriləəck.

Görüşdən sonra, Gürcüstan və Ukraynanın baş nazirləri medya üçün bəyanatlar verəcəklər.

Gürcüstana rəsmi səfər çərçivəsində, Vladimir Qroisman Gürcüstanın Müdafiyə Nazirliyinin Tserovanidəki reabilitasiya mərkəzini ziyarət edəcək və həmçinin Tbilisidəki qəhramanlar memorialına güllər qoyacaq.

Ukraynanın baş naziri Gürcüstanın baş naziri ilə bərabər Tbilisi İpək Yolu forumunun açılışında çıxış edəcək və həmçinin High Level Dialogue on Belt and Road Connectivity for Stability – diskussiyasında iştirak edəcək.

Rəsmi səfər başa çatanda, Gürcüstanın baş naziri Ukraynalı həmkarını, iqtidar nümayəndələri ilə bərabər rəsmi yeməyə dəvət edəcək.

Qroisman Gürcüstana dünən gəldi.