Giorgi Kvirikaşvili - Tbilisi-Maxincauri istiqamətinə doğru gedən və müasir standartlara uyğun olan dəmir yolu infrastrukturumuz olacaq
Giorgi Kvirikaşvili - Tbilisi-Maxincauri istiqamətinə doğru gedən və müasir standartlara uyğun olan dəmir yolu infrastrukturumuz olacaq

“Tbilisi-Maxincauri istiqamətinə doğru gedən və müasir standartlara uyğun olan dəmir yolu infrastrukturumuz olacaq,  – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Kvişxeti-Zvare tunelinin açılışında bəyan etdi.

Giorgi Kvirikaşvilinin bəyanatına görə, dəmir yolunun modernizasiya layihəsi, iqtidarın dörd maddəli islahat planının ən geniş miqyaslı komponentlərindən biridir, hansının həyata keçirilməsi nəticəsində ökənin müasir standartlara müvafiq olan, yeniləşdirilmiş dəmir yolu stansiyaları və hava limanları şəklində, tamamilə yeni bir infrastrukturu olacaq.

Tunelin açılışında baş nazir Giorgi Kvirikaşvili, Gürcüstanın Dəmir Yolu infrastrukturunun direktoru Vasil Xorava, Dəmir Yolunun sabiq rəhbəri və kontraktoru olan çin şirkətinin nümayəndələri iştirak etdilər.

Tunel Tbilisidən Batumi istiqamətinə doğru yolçuluq müddətini bir saat ilə azaldacaq.

Tunelin inşaatı 260 milyon İsveçrə frankına başa gəldi və onu sadəcə Gürcüstanın Dəmir Yolu  maliyyələşdirdi.

Tbilisi-Maxincauri Dəmir Yolu maqistralının inşaatı 2011-ci ildə başladı və 2019-cu ildə başa çatacaq.