Giorgi Kvirikaşvili - Struktur dəyişikliklərinin məqsədi daha efektiv iqtidarın yaradılması idi
“Əminəm ki, iqtidar dəstəsindəki yeni dəyişikliklərin nəticələrini yaxın gələcəkdə hamımız görəcəyik” – bu sözlərlə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökümətin yeniləşdirilmiş tərkibinə müraciət etdi.
“Qısa şəkildə, ötən ilin nəticələrini cəmiləşdirmək istəyirəm. Bir neçə vacib məsələlərə toxunacam. Aramıza yeni qoşulan nazirləri mandatlarını almaları ilə təbrik edirəm. Hökümət tərkibindəki dəyişikiyin məqsədi daha effektiv bir iqtidar dəstəsinin yaradılması idi və yaxın gələcəkdə, bu dəyişikliyin müsbət nəticələrini hamımız görəcəyik” – dedi Kvirikaşvili.
Hökümət tərkibindəki dəyişikliklərdən sonra, reorqanizasiya nəticəsində, bir neçə nazirlik birləşdirildi və 18 nazirlikdən sadəcə 14-dü qaldı.