Giorgi Kvirikaşvili - Saakaşvili məsələsi hüquqi institusiyaların çərçivəsindən kənara çıxmır
Giorgi Kvirikaşvili - Saakaşvili məsələsi hüquqi institusiyaların çərçivəsindən kənara çıxmır

“Mixail Saakaşvili məsələsi ilə bağlı bir çox spekulyasiya və konspirasiya teoriyalarını dinləyirik” – bu sözləri Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili dedi.

Baş nazir bu məsələ ilə bağlı, jurnalistlərə kiçik şərh verdi.

“İnanın ki, partnyor və dost ölkəmiz olan Ukrayna ilə müzakirə ediləcək o qədər önəmli məsələlər var ki, Saakaşvili məsələsinin müzakirəsi aramızda sadəcə hüquqi institusiyalar səviyyəsində müzakirə olunur. Bu məsələnin bizim üçün siyasi önəmi yoxdur” – dedi Giorgi Kvirikaşvili.