Giorgi Kvirikaşvili - Rusiyanın cavabında qeyri-məqbul olan şeylər var, ancaq yenə də bu cavab danışıqlar üçün əsas buraxır
Rusiyanın cavabı qeyri məqbul ola bilər, ancaq yenə də danışıqlar üçün əsas buraxır.
Bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bugünki hökümət iclasında verdi.
Baş nazirin bəyanatına görə, hər şey edilməlidir ki, belə bir məkan saxlansın və bu qarışıq dünyada ölkəmizə ən çox lazım olan şey stabil yaşamaq imkanıdır.
“Cenevrə beynəlxalq diskussiya formatı mövcuddur və ancaq bu formatla biraz da olsa, tərəqqiyə nail ola bilərik. Biz ümid edirik ki, əhalimizin əksəriyyəti baş verən hadisələri sağlam dəyərləndirir” – dedi Giorgi Kvirikaşvili.
Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyi Kvirikaşvilinin müraciətinə martın 9-da cavab verdi.