Giorgi Kvirikaşvili - Rusiyanın hibrid müharibəsi şərtlərində, strateji komunikasiya sahəsində ABŞ-la əməkdaşlıq əhəmiyyətlidir
Giorgi Kvirikaşvili - Rusiyanın hibrid müharibəsi şərtlərində, strateji komunikasiya sahəsində ABŞ-la əməkdaşlıq əhəmiyyətlidir

“Bugün bir neçə ölkə və xüsusi ilə də Rusiya, ictimai fikrin yaradılması və siyasi təzyiq üçün, çox fəal şəkildə hibrid müharibəsinin müxtəlif vasitələrindən bizə qarşı istifadə edir və belə şərtlərdə, ABŞ ilə strateji komunikasiya sahəsində əməkdaşlıq etmək ölkəmiz üçün xüsusi ilə əhəmiyyətlidir ki, Avropanın və Avro-atlantik inteqrasiyanın ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğunu əhalimizə dərk etdirə bilək” – bu barədə bəyanatı baş nazir strateji komunikasiya məsələləri ilə bağlı treninq proqramının başlanmasna həsr olunan tədbirdə verdi.

Baş nazir Amerika Birləşmiş Ştatlarına və səfir Yan Kelliyə, qeyd olunan treninq proqramını təşkil etdiyi üçün təşəkkür etdi.

“Strateji partnyorumuz hər zaman yanımızdadır və düşünürəm ki, bu proqram xüsusi dostluq və əməkdaşlığın yenə bir göstərişidir. Şəxsən səfir Yan Kelliyə təşəkkür etmək istəyirəm. Düşünürəm ki, bu proqram ölkəmiz üçün çox önəmlidir” – dedi Kvirikaşvili.