Giorgi Kvirikaşvili Rusiya Federasiyasının iqtidarına müraciət edir
Giorgi Kvirikaşvili Rusiya Federasiyasının iqtidarına müraciət edir

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Rusiya Federasiyası iqtidarına müraciət edir.

Baş nazirin müraciətini olduğu kimi təqdim edirik.

“Cari ilin avqust ayında, 2008-ci ildə baş verən müharibənin 10 ili tamam olur. Bu dramatik hadisə Gürcüstan xalqının yaddaşında və Gürcüstan-Rusiya münasibətlərində silinməz bir ləkə qoydu.

İki ölkə arasında diplomatik əlaqələr kəsildi. Moskva tərəfindən Abxaziya və Sxinvali regionlarının müstəqilliyinin elan edilməsi faktiki olaraq, ölkələr arasındaki münasibətlərin normal səviyyəyə keçirilməsi ehtimalını çıxılmaz vəziyyətə saldı.

Hazırda qarşımızda seçim var – ya qeyd olunan tarixi ağır və kəskin bəyanatlarla qarşılayaq ya da bu sehirli dairədən çıxmaq üçün ciddi addımlar atmalıyıq.

Biz daha əvvəl də bəyan etdik və yenə də təsdiqləyirik ki, Beynəlxalq Cenevrə Diskussiyaları prosesində real tərəqqiyə nail olmaq üçün əlimizdən gələni etdik.

Həmçinin, abxazlarla və osetinlərlə də birbaşa dialoqa hazırıq. Siyasi istəyin olduğu halda, ciddi addımların atılması da mümkündür.

Təssüf ki, bugün ağır reallıq qarşısındayıq. İki tərəfli ticari-iqtisadi əlaqələri bərpa etdik, ancaq xoşa gəlməz hadisələr yenə də davam edir və bütün bunlar Gürcüstan-Rusiya arasındaki münasibətlərin düzəlmə perspektivinə maneələr yaradır. Bunun son təsdiqi iki həftə bundan əvvəl Sxinvali regionunda həbs edilən Arçil Tatunaşvilinin həbs edilməsi və faciəli ölümü oldu. Hətta, Gürcüstanın Katalikos-Patriaxının müraciətinə belə baxmayaraq, Tatunaşvilinin cəsədi hələ də ailəsinə qaytarılmadı.

Rusiya Federasiyasının Ali İqtidarına müraciət edirəm ki, bugünki və sabahki nəsil qarşısındaki məsuliyyəti nəzərə alaraq, bu ağır vəziyyətdən çıxmaq üçün birgə addımlar qoyaq, – deyilir baş nazirin müraciətində.