Giorgi Kvirikaşvili - Regionun ən ağır iqtisadi krizislərindən ən az zərər görən Gürcüstan oldu
Parlament azlığının üzvü Giqa Bokeria iqtidarın yeniləşdirilmiş dəstəsinə sabiq baş nazir Bidzina İvanişvili tərəfindən verilən bəyanatları xatırlatdı.
İclasda Giqa Bokeria deputatlara Bidzina İvanişvilinin səs yazısını qulaq asdırdı, harda ki, İvanişvili ucuzlaşmış qaz tariflərindən və komunal xidmətlərin ucuzlaşmasından bəhs edir.
Giorgi Kvirikaşvili cavab verdi ki, energetika tarifi ucuzlaşmadı, ancaq çox da bahalanmayıb və bu önəmlidir.
“Regionun digər ölkələri dünyada baş verən iqtisadi krizisi çox çətin keçirdilər, digərləri ilə müqayisədə, Gürcüstan o qədər də böyük zərər görməyib. Bidzina İvanişvilinin bəyanatlarına gəlincə, o orada həmçinin deyir ki, onun verdiyi proqnozlar, müxtəlif iqtisadi ekspertlər tərəfindən hazırlanıb və dəqiq olmaya bilər. Müxtəlif səbəblərə görə, elektrik enerji və təbii qaz tarifləri ucuzlaşmadı, amma əhəmiyyətli dərəcədə artmayıb da.
İqtidarımız inflyasiyayı elə səviyyədə qorudu ki, ölkə çox böyük zərələrdən xilas edildi” – dedi Giorgi Kvirikaşvili.