Giorgi Kvirikaşvili - Ölkəmizin müvəffəqiyyəti əsasən, polisin müvəffəqiyyətindən asılıdır
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin bəyanatına görə, ölkənin müvəffəqiyyəti əsasən, polisin müvəffəqiyyətindən asıldır.
Ölkə başçısı Daxili İşlər Nazirliyinə elektro və hibrid avtomobillərin verilmə mərasimində polislərə təşəkkür etdi.
“Daxili İşlər Naziri qeyd etdi ki, polisdə bir çox yenilik və maraqlı planlar həyata keçirilir. Nazirə müvəffəqiyyətlər arzulayıram və qeyd etmək istəyirəm ki, ölkənin müvəffəqiyyəti, polisin müvəffəqiyyətli olmasından asılıdır.
Bugün mənə verilən imkandan istifadə edərək, öz həyatını təhlükəyə ataraq, ölkəsinə və xalqına xidmət edən hər bir polis əməkdaşına təşəkkür etmək istəyirəm” – dedi Kvirikaşvili.