Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Moldovalı həmkarı Pavel Filiplə üz-bə-üz görüş keçirdi.
Giorgi Kvirikaşvili Moldovanın baş nazirinə Tbilisi “İpək Yolu” forumunda iştirak etdiyi üçün təşəkkür etdi.
“Əziz dostum, hörmətli baş nazir, Gürcüstana ilk rəsmi səfərinizi salamlayırıq. Bizim üçün böyük şərəfdir ki, Tbilisi “İpək Yolu” forumunda iştirak edirsiniz. Sizə gəldiyiniz üçün təşəkkür edirəm və bildrimək istəyirəm ki, Moldova bizim üçün əhəmiyyətli bir partnyordur və onunla müxtəlif sahələrdə əməkdaşlıq edirik.” – dedi Giorgi Kvirikaşvili.
Moldova Respublikasının baş naziri də Giorgi Kvirikaşviliyə onu Gürcüstana dəvət etdiyi üçün təşəkkür etdi.
“Qeyd etmək istəyirəm ki, Gürcüstan və Moldova Respublikaları arasında uzunmüddətli əməkdaşlıq mövcuddur. Məqsədlərimiz və ağrılarımız da eynidir, bizi eyni münaqişələr və Avropaya doğru gedən yol birləşdirir”, – dedi Moldovanın baş naziri.