Giorgi Kvirikaşvili - Maçalikaşvilinin ailəsinə baş sağlığı verirəm və kist vətəndaşlarımıza hörmətimi bildirmək istəyirəm
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Pankisidəki xüsusi əməliyyat zamanı vurulan 19 yaşlı gəncin ölməsi ilə bağlı öz üntüsünü bildirdi.
Baş nazirinin dediyinə görə, hökümət və həkimlər Maçalikaşvilinin həyatının xilas edilməsi üçün əlindən gələni etdilər.
“İstintaqın hansı nəticə ilə başa çatmasına baxmayaraq, Maçalikaşvilini ailəsinə baş sağlığı vermək istəyirəm. Həmçinin, əsrlər boyu Gürcüstana öz sadiqliyini təsdiq edən kist vətəndaşlarıma, hörmətimi bildirmək istəyirəm.
İctimaiyyətimiz yaxşı bilir ki, hər şeydən önəmli vətəndaşlarımızın təhlükəsizliyidir və xüsusi xidmətlərimiz məhz təhlükəsizliyi təmin etməyə çalışırlar” – dedi baş nazir.
Kvirikaşvili bəyan etdi ki, terorizm riskindən baş qaçırdmaq üçün hökümət əlindən gələni edir.