Giorgi Kvirikaşvili Kvişxeti-Zvareyi birləşdirən dəmir yolu tunelini açdı
Giorgi Kvirikaşvili Kvişxeti-Zvareyi birləşdirən dəmir yolu tunelini açdı

Kvişxeti-Zvareyi birləşdirən dəmir yolu tunelinin inşaatı başa çatdırılıb. 

Tunelin açılışında baş nazir Giorgi Kvirikaşvili, Gürcüstanın Dəmir Yolu infrastrukturunun direktoru Vasil Xorava, Dəmir Yolunun sabiq rəhbəri və kontraktoru olan çin şirkətinin nümayəndələri iştirak etdilər.

Tunel Tbilisidən Batumi istiqamətinə doğru yolçuluq müddətini bir saat ilə azaldacaq.

Tunelin inşaatı 260 milyon İsveçrə frankına başa gəldi və onu sadəcə Gürcüstanın Dəmir Yolu  maliyyələşdirdi.

Tbilisi-Maxincauri Dəmir Yolu maqistralının inşaatı 2011-ci ildə başladı və 2019-cu ildə başa çatacaq.