Giorgi Kvirikaşvili Konstitusiyanın son redaksiyasının qəbul edilməsi ilə bağlı bəyanat yayır

“Bugündən etibarən ölkənin yeni və tam konstitusiyası var, hansı ki, bir tərəfədən sabitliyi və plüralizmi təmin edəcək, digər tərəfdən isə, aşırı səlahiyyət konsentrasiyasının bir qüvvənin əlində olmasını, yani avtokratiyayı istisna edəcək” – bu bəynatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili konstitusiyanın son düzəlişlərinin qəbul edilməsi ilə bağlı yayır.

Bəyanatda qeyd olunur ki, konstitusiyanın son redaksiyası Gürcüstanın demokratik inkişafını təmin edəcək.

“Bizim siyasi dəstəmiz iqtidara gələn gündən konstitusiyanın daha sağlam olması üçün çalışır. 2013-cü ildə, parlament nəzarətinin gücləndirilməsinə və parlamentin rolunun artmasına doğru addımlar atdıq.

İcraçı iqtidara böyük səlahiyyət verən maddələri konstitusiyadan çıxarddıq. Biz iqtidar dəstəsi olaraq, səlahiyyətlərimizin maksimal şəkildə məhdudlaşdırılmasına doğru addımlar qoyduq.

Tam məsuliyyətlə deyə bilərəm ki, iqtidar partiyasının maraqlarına xidmət edən tək bir maddə belə konstitusiyada qalmayıb. Biz balanslaşdırılmış bir konstitusiya istəyirdik və onu qəbul etdik” – deyilir baş nazirin bəyanatında.

Parlament yeni konstitusiya düzəlişlərini 115 səslə bugün təsdiqlədi.