Giorgi Kvirikaşvili - Çox vacibdir ki, ölkədə yenilikləri tətbiq edən pioner məhz patrul polisi olsun
Gürcüstanda yüksək ekoloji standartlarının tətbiq edilməsi iqtidarımızın əsas prioritetlərindən biri və strategiyamızın tərkib hissəsidir, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Yaponiya iqtidarı tərəfindən Gürcüstanın Daxili İşlər Nazirliyinə yeni hibrid və elektromobillərin verilmə mərasimində verdi.
Baş nazirinin dediyinə görə, bu istiqamətdə artıq ciddi addımlar atılıb və avtomobillərin texniki inspeksiyası da başlayıb.
Baş nazirin dediyinə görə, Yaponiyadan göndərilən avtomobillərin ilk öncə nazirlər kabinetinə xidmət etməsi nəzərdə tutulmuşdu, ancaq, nazirlər kabineti tam konsolidasiya ilə razılığa gəldi ki, ekoloji baxımından təhlükəsiz avtomobillər patrul polisinə verilsə daha yaxşı olar.
Giorgi Kvirikaşvili Yaponiya iqtidarına və “Mitsubişiyə” təşəkkür etdi.