Giorgi Kvirikaşvili - İstəyirəm ki, əhali müxalifətin bizə qarşı ləyaqətsiz və hörmətsiz rəftarını yaxşı görsün
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin bəyanatına görə, iqtidar müxalifətlə konstruktiv dialoqun tərəfdarıdır və gələcəkdədə belə davam edəcək.
Bu barədə bəyanatı baş nazir jurnalistlərlə söhbət zamanı verdi.
Baş nazirin dediyinə görə, iqtidarın konstruktiv yanaşmasına baxmayaraq, müxalifət tərəfindən cavab olaraq, çox hörmətsiz rəftar göstərilir.
“Biz bir neçə konstruktiv addımlar atmağa çalışdıq və gələcəkdə də belə davam edəcəyik ancaq təəssüf ki, cavab olaraq, tamamilə destruktiv suçlamalar aldıq. Bizə ağır tarixi miras buraxan və regionları işğal altında qoyan siyasi qüvvədən, bizə qarşı tamamilə hörmətsiz rəftar görürük və istəyirəm ki, ölkə əhalisi onların yuxarıdan baxan, hörmətsiz hərəkətlərini görsün” – dedi baş nazir.