Giorgi Kvirikaşvili - İşğal altında olan ərazilərdə yaşayan insanlarla bağlı, parlamentə ciddi qərar paketini təqdim edəcəyik
“İşğal altında olan ərazilərdə yaşayan vətəndaşlarımızın reinteqrasiya və barış siyasəti baxımından çox ciddi addımlar qoymağı planlaşdırırıq” – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili parlament azlığının qarşısında çıxış edərkən verdi.
“Yaxın günlərdə biz ciddi qərar paketini parlamentə müzakirə üçün təqdim edəcəyik. Qeyd olunan addımlar vətəndaşlarımıza, Gürcüstanda baş verən pozitiv yeniliklərdən istifadə etmə şansını verəcək” – dedi Kvirikaşvili.