Giorgi Kvirikaşvili - İqtidarın marağındadır ki, tez zamanda istintaq bütün suallara cavab versin
“Dövlətimiz terorizmdən baş qaçırdmaq üçün əlindən gələni edir” – Bu barədə bəyanatı Gürcüstanın baş naziri hökümət iclasında verdi.
Onun dediyinə görə, son zamanlar xüsusi xidmətlər tərəfindən həyata keçirilən xüsusi əməliyyatlar məhz terorizm təhlükəsinin aradan qaldırılması üçün idi.
“Terorizmin ölkəmizdə baş verməməsi üçün hökümət əlindən gələni edir. Son zamanlar həyata keçirilən xüsusi əməliyyatların məqsədi də məhz ölkənin təhlükəsizliyini qorumaqdı və belə əməliyyatların birində, xüsusi təyinat dəstəsində çalışan bir əməkdaşımızı itirdik, dördü isə, yaralandı.
Bir mənalı şəkildə demək istəyirəm, hər şeydən öncə dövlət maraqları və ölkənin təhlükəsizliyidir və həmçinin, hökümətin marağıdır ki, prokurorluq tez zamanda, yaranan bütün suallara dəqiq cavab versin” – dedi baş nazir.