“Gürcüstanın son məqsədi Avropa İttifaqının tam hüquqlu üzvü olmaqdır, ona görə də, günün yeni fəaliyyət planını hazırlamağa başlayırıq, hansının adı Avropa İttifaqına doğru yol xəritəsidir və hansı ki, sadəcə asosiasiya razılaşmasından çox daha geniş olacaq” – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bugünki hökümət iclasında verdi.
Kvirikaşvili qeyd etdi ki, Gürcüstan iqtidarının mərkəzi prioriteti Avropa və avro-atlantik strukturlara inteqrasiyadır, son məqsədi isə, Avropa İttifaqının tam hüquqlu üzvü olmaqdır.
“Əminəm ki, biz qarşımıza qoyduğumuz proqramı müvəffəqiyyətlə həyata keçirəcəyik. Eyni zamanda, NATO-ya qoşulmağımız və ABŞ ilə əməkdaşlıq məsələsi əsas prioritetimiz olaraq qalır və əlbəttəki hər iki istiqamətdə də çalışmağa davam edəcəyik” – dedi Kvirikaşvili.