Giorgi Kvirikaşvili - Gürcüstanda təbii resursların effektiv istifadəsi üzrə çalışmalar başlayır
Avropa Rekonstruksiya və İnkişaf Bankının (EBRD) yardımı ilə, Gürcüstanda təbii resursların effektiv istifadəsi üzrə çalışmalar başlayır.
Bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bugünki hökümət iclasında verdi.
Giorgi Kvirikaşvilinin bəyanatına görə, ölkənin təbii resurslarının effektiv istifadə edilmə məsələsi üzərində iqtisadiyyat, ətraf mühit və kənd təsərrüfatı mütəxəssisləri birgə şəkildə çalışacaqlar.