Giorgi Kvirikaşvili - Gürcüstan miqyasında intensiv şəkildə səyahət etməyə başlayacam
“Bütün nazirlərə müraciət etmək istəyirəm ki, onların gündəminin əsas komponenti xalqla dialoq olsun. Xüsusi diqqət isə, region sakinlərinə yetirilsin. Mən şəxsən, bu məqsədlə çox intensiv şəkildə regionlarda, ölkə miqyasında səyahət etməyə başlayacam” – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökümət iclasında verdi.
Bugünki hökümət iclasında baş nazir ötən 2017-ci ili cəmiləşdirdi və gələcək 2018-ci ilin planları haqqında danışdı.
“2017-ci ildə bir çox çətinliklərlə üzləşdik, ancaq onlarla layiqi ilə baş gələ bildik. Əminəm ki, 2018-ci ildə də, birgə səylərimizlə hər cür problemlərlə də müvəffəqiyyətlə baş gələ biləcəyik. 2018-ci ili dialoq ili olaraq, elan etdim və istəyirəm ki, xalqla dioaloqumuz daha güclü olsun. Hər zaman xalqın fikrini dinləməliyik ki, xalq bizim dəstəyimizi hiss etsin” – dedi baş nazir.