Giorgi Kvirikaşvili Gürcüstan iqtidarının "Daha yaxşı gələcək üçün addım" adlı yeni sülh təşəbbüsünü təqdim etdi
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bugünki hökümət iclasında “Daha yaxşı gələcək üçün addım” adlı yeni sülh təşəbbüsünü təqdim etdi.
Baş nazir qeyd etdi ki, bu ölkənin sülh və sabitlik içində inkişafının alternativsiz yolu olan bir təşəbbüsdür.
Onun dediyinə görə, sülh təşəbbüslərinin qanunvericilik dəyişikliklər paketi üç əsas istiqaməti əhatə edir.
Birinci- Administrativ bölücü xəttlərin ətrafında ticarətin genişləndirilməsi və asanlaşdırılması;
İkincisi – Keyfiyyətli təhsil almaq üçün əlavə imkanlar yaratmaq və təhsilin əlyetərliyini təmin etmək, necə ölkə daxilində, eləcə də xaricdə.
“Bizim üçün vacibdir ki, administrativ xəttlərin digər tərəfindəki gənclərin keyfiyyətli təhsil almaq imkanları olsun. Növbəti nəsil birləşmiş Gürcüstanda yaşamalıdır” – dedi baş nazir.
Giorgi Kvirikaşvilinin dediyinə görə, iclasdan sonra, dövlət naziri Ketevan Tsixelaşvili bu mövzu ilə bağlı brifinq keçirəcək.