Giorgi Kvirikaşvili - Gürcüstan 2030-cu ilin qış olimpiyada oyunlarına ciddi şəkildə hazırlaşır
Gürcüstan 2030-cu ilin qış olimpiyada oyunlarına ciddi şəkildə hazırlaşır, – bu barədə bəyanatı baş nazir bugünki hökümət iclasında verdi.
Giorgi Kvirikaşvilinin bəyan etdiyinə görə, Lozanaya səfər zamanı Dünya Olimpiya Komitəsinin prezidenti Tomas Bax ilə görüşdü və onunla bərabər Gürcüstanın necə hazırlanacağı barədə müzakirə apardılar.
Baş nazirin dediyinə görə, martın əvvəlində Gürcüstana xüsusi nümayəndə heyyəti gələcək, hansı ki, bugün mövcud olan vəziyyəti öyrənəcək.
“Çox önəmli bir faktır ki, Dünya Olimpiya Komitəsinin prezidenti bu təşəbbüsümüzü müsbət qarşıladı və bizə yardımçı olmağa hazır olduğunu bildirdi” – dedi baş nazir.