Giorgi Kvirikaşvili - Qudauri qəzasında günahı olan hərkəs cəzasını çəkəcək
Başnazir Giorgi Kvirikaşvilinin bəyanatına görə, bugün Qudauridə baş verən qəzada günahı olan hərkəs cəzasını çəkəcək.
Başnazir qəza ilə bağlı şərhini “Facebook” səhifəsindən verir.
“Müvafiq idarələr səfərbər olunublar və hadisə ilə bağlı istintaq aparılır. Həmçinin, yaxın günlərdə Gürcüstana müstəqil mütəxəssislər qrupu gələcək və qəzanın səbəblərini detallı şəkildə öyrənəcək.
Biz əlimizdən gələni edəcəyik ki, bundan sonra, vətəndaşlarımızın və gələn turistlərimizin həyatı təhlükə altına atılmasın və ölkəmizin imicinə zərər verilməsin” – deyilir baş nazirin bəyanatında.
Qudauridə bugün kanat yolunda qəza baş verdi.
İlkin məlumata görə, qəzanın səbəbi əyləc sistemində baş verən yolsuzluqdur.
Hadisə ilə bağlı istintaq aparılır.