Giorgi Kvirikaşvili Fransadaki bədbaxt hadisədə həlak olan uşaqların ailələrinə baş sağlığı verdi
Giorgi Kvirikaşvili Fransadaki bədbaxt hadisədə həlak olan uşaqların ailələrinə baş sağlığı verdi

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Fransanın Perpiniya şəhərində baş verən yol qəzasında həlak olan uşaqların ailələrinə baş sağlığı verdi.

“Faciədə həlak olan uşaqların ailələrinə baş sağlığı diləyirəm, yaralananların isə, tez zamanda sağlamlıqlarına qovuşmalarını arzulayıram. Demək istəyirəm ki, gürcü xalqı və iqtidarı bu ağır gündə onların yanındadır“, – deyilir baş nazirin məktubunda.

Fransanın cənub hissəsində, İspaniya sərhədinin yanında məktəb avtobusu qatarla toqquşdu və nəticədə iki şagird həyatını itirdi, 20-yə qədəri isə, yaralandı.