Giorgi Kvirikaşvili Estoniya prezidenti Kerst Kaliulais ilə görüşdü
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Estoniya prezidenti Kerst Kaliulais ilə görüşdü.
Gürcüstan iqtidarının administrasiyasının məlumatına görə, görüşdə Gürcüstan-Estoniya arasında mövcud olan siyasi, iqtisadi və ticari əlaqələr müzakirə edildi.
Gürcüstanın baş nazirinin bəyanatına görə, iki ölkənin münasibətləri dinamik şəkildə inkişaf edir.
Görüş zamanı diqqət sektor əməkdaşlığına toxundu. Tərəflər iki ölkənin əhəmiyyətli iqtisadi və ticari aspektlərinə diqqət yetirdilər.
Gürcüstan iqtidarının administrasiyasından verilən məlumata görə, görüşdə Estoniyanın nazirlər kabinetinin üzvləri də iştirak edirdilər.