Giorgi Kvirikaşvili - demokratiyanın bu cür keyfiyyəti şəraitində, çoxluğun yekdilli olması mümkün və nə də arzuedilən deyil
Giorgi Kvirikaşvili - demokratiyanın bu cür keyfiyyəti şəraitində, çoxluğun yekdilli olması mümkün və nə də arzuedilən deyil

Bu gün parlamentdə cərəyan edən prosseslər tamamilə təbiidir, – bu barədə Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili deputat Qedevan Popxadzenin çoxluğu tərk etməsi məsələsini şərh edərkən bəyan etdi.

Baş nazirin dediyinə görə, fikir müxtəlifliyi sözsüz ki, olacaqdır və tamamilə təbii deyil, 115 nəfərlik çoxluq hər məsələ ilə bağlı eyni fikirdə olsun.

“2012-ci ildən sonra, Gürcüstanda tamamilə yeni gerçəklik yarandı və ölkə həqiqətən demokratiya yoluna düşdü. Bu gün tamamilə fərqli keyfiyyətli azadlıqdır. Seçkilər, media, QHT bölməsi azaddır. Tamamilə təbii deyil, 115 nəfərlik çoxluq hər məsələ ilə bağlı eyni fikirdə olsun. Bu gün parlamentdə cərəyan edən prosseslər tamamilə təbiidir. Fikir müxtəlifliyi sözsüz ki, olacaqdır.

Təəssüflər olsun ki, Qedevan Popxadze çoxluğu tərk edir. Mən onunla görüşdüm və xahiş etdim ki, bunu etməsin. Ümid edirəm getməyəcək. Lakin bir daha deyirəm, demokratiyanın bu cür keyfiyyəti şəraitində, çoxluğun yekdilli olması mümkün və nə də arzuedilən deyil. Düşünürəm bu bizim sərvətimizdir, nailiyyətimizdir”, – baş nazir qeyd etdi.

Deputat Qedevan Popxadze parlament çoxluğunu tərk edir. Bu barədə o, aprelin 4-də bəyan etdi.

Qedevan Popxadzenin açıqladığına görə, onun qərarı İctimai Yayımçının Qəyyumlar Şurasının üzvü olaraq hakim komanda üzvləri tərəfindən Ninia Kakabadzenin namizədliyinin dəstəklənməsi ilə əlaqədardır.