Giorgi Kvirikaşvili bugünki insindentə görə, ictimaiyyətdən üzr istədi - "İlk öncə ləyaqətimizi qorumalıyıq" (Video)
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bugünki insindentə görə, ictimaiyyətdən üzr istədi.
Baş nazir bəyan etdi ki, “Milli Hərəkat” partiyasının bəzi nümayəndələri onu özündən çıxardmağı bacardılar.
“Hansı vəzifədə olsaq da, biz də insanıq və öz qürurumuz və ləyaqətimiz var. Bugünki emosiyalarıma görə, ictimaiyyətdən üzr istəyirəm. Təəssüf ki, “Milli Hərəkat” partiyasının bəzi nümayəndələri məni özümdən çıxardmağı bacardılar. Bu çox çirkin bir insindent idi, anacaq bəlli oldu ki, bu onlar tərəfindən başdan bəri planlaşdırılmışdı. Yenə deyirəm, bu emosiyalar yersiz oldu” – dedi baş nazir.
Nikanor Melia təhqirə davam edirdi:
“Utanmadan burada elə oturursunuz guya baş nazirsiniz, halbuki Bidzina İvanişvili yerinizə çoxdan seçib başqa baş nazir namizədini. Sizin fikrinizi heç vaxt soruşmayıb da” – deyirdi Nikanor Melia.
Baş nazir ona öncə müraciət etdi ki, təhqirə keçməsin.
“Nikanor, təhqir etməyin. Bununla ictimaiyyəti də təhqir edirsiniz” – dedi baş nazir.
Ancaq iclas zalından çıxana qədər baş nazir davam edən təhqirlərə cavab olaraq, Nikanor Meliaya qarşı sensurasız sözlərdən istifadə etdi.